Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İsmət Piriyev dəfn edilib

Beyləqan rayonundakı "Peyğəmbər" məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmət Medal oğlu Piriyevlə Göyçay rayonunun Çərəkə kəndində keçirilən vida mərasimi başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Göyçay rayonu Çərəkə kənd Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
*** 13:03
Beyləqan rayonundakı "Peyğəmbər" məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmət Medal oğlu Piriyevin meyitinin qalıqları Göyçay rayonunun Çərəkə kəndinə gətirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, İsmət Medal oğlu Piriyev 1975-ci il yanvarın 8-də Göyçay rayonunun Çərəkə kəndində anadan olub. O, 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.
İ.Piriyev Çərəkə kənd Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qalereya

Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Aprelin 19-da avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayı...