Görmə məhdudiyyətli şəxslər üçün yeni peşə hazırlığı kursuna start verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən görmə məhdudiyyətli şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.
Bu barədə BAKU.WS-ə agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.
Kurs Agentliyin Bərdədə yerləşən Qarabağ Peşə Hazırlığı Mərkəzində Qarabağ "DOST Evi" filialı ilə birgə İnklüziv yanaşma əsasında kompüter operatoru peşəsi üzrə təşkil olunub. Görmə məhdudiyyətli bir qrup şəxsin cəlb edildiyi kursda müdavimlərə xüsusi proqram əsasında rəqəmsal bacarıqlar öyrədilir.
Qeyd edilən şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edən peşə kursunun müddəti bir aydır. Tədris prosesini uğurla başa vuran müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...