Goranboyda karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində xidmət apararkən Qobustan rayon sakinləri - Şahmirzə Balayev, Cahid Əliyev və Samir Rahmanovun yaşadıqları yeri xüsusi icazəyə malik olmadan tərk etdiklərini aşkarlayıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.
Məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.
Oxşar xəbərlər
Maska taxılmamasına görə yeni cərimələr təsdiqləndi
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. BAKU.WS repor...