Goranboyda 17 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Goranboyda 17 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM
Sosial 331

Prezident İlham Əliyev Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, Sərəncamda 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması barədə göstəriş verilib.

Bu məqsədlə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,19 milyon manat ayrılıb.

Oxşar xəbərlər

Son xəbərlər