Goranboy sakinində avtomat və narkotik aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ramin Muradov saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, üzərindən 465 qram marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Dəliməmədli şəhərində odlu silah da gizlətməsi məlum olub. Şəhər ərazisində olan körpülərdən birinin alt hissəsinə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 30 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...