“Global Media Group” ISO tələbləri üzrə nəzarət auditini uğurla keçib

“Global Media Group” ISO tələbləri üzrə nəzarət auditini uğurla keçib
Sosial 5

“Global Media Group” MMC-nin tərkibində fəaliyyət göstərən “Global Management” MMC, “BAKU TV” MMC, “Oxu.Az” MMC və “Report İnformasiya Agentliyi” MMC şirkətlərində ISO tələbləri üzrə nəzarət auditi uğurla keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, dekabrın 18-22 tarixlərində keçirilən audit ISO 9001:2015 Keyfiyyətin İdarə Edilməsi Sistemi, ISO 14001:2015 Ətraf Mühitin Mühafizəsinin İdarə Edilməsi Sistemi və ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemi Beynəlxalq Standartların tələbləri əsasında aparılıb.

Auditin məqsədi həmin təşkilatlarda tətbiq olunmuş İnteqrə Olunmuş İdarəetmə Sisteminin işlək vəziyyətdə saxlanılmasını və davamlı təkmilləşdirilməsinin yoxlanılaraq təsdiq edilməsi olub.

Sayca 1-ci nəzarət auditi “TÜV Austria Azərbaycan” şirkətinin auditoru Zaur Fərzəliyev tərəfindən aparılıb. Auditin nəticəsində təşkilatlarda qurulmuş sistemin standartın tələblərinə davamlı uyğunluğu və effektivliyi bir daha təsdiq olunub, sertifikatlar qüvvədə qalıb.

Qeyd edək ki, “Global Media Group” MMC-nin tərkibində olan şirkətlər - “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Baku TV” yayım portalı və “Global Management” MMC autsorsinq şirkəti ötən ilin sonunda ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Global Media Group”da çalışmaq istəyənlərin NƏZƏRİNƏ

“Global Media Group”da çalışmaq istəyənlərin NƏZƏRİNƏ

Ölkənin ən aparıcı şirkətlərindən birində çalışmaq üçün bundan yaxşı fürsət ola bilməz. Savadına, bacarığına, peşəsinə və gördüyü işin keyfiyyətinə güvənən ixti...

1488 Sosial 12:17 07 sentyabr 2023

Son xəbərlər