Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Süni intellektlə bağlı Gənclər Fondu tərəfindən təqaüd proqramı elan olunub və hazırda qeydiyyat prosesi davam edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən "GəncLAND" Gənclər Festivalı zamanı jurnalistlərə açıqlamasında deyib.
"Seçilən gənclər aylıq təqaüd əldə edəcəklər və bununla özlərini süni intellekt, innovasiyada inkişaf etdirə biləcəklər" , - Y. Vəliyev bildirib.
Onun sözlərinə görə, təqaüdün məbləği seçilən şəxsdən asılı olacaq.
Y. Vəliyev həmçinin bildirib ki, yaxın günlərdə Azərbaycanın ən böyük fərdi intellektual yarışı təşkil olunacaq.
"Eyni zamanda, "GəncTalks" proqramı da təşkil olunacaq" , - o deyib.
Oxşar xəbərlər
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. H...