Gəncənin iki universitetində mühəndislik ixtisası üzrə qiyabi təhsil dayandırılıb
09
avq
2024
20:48
Gəncənin 2 universitetində mühəndisliklə bağlı ixtisaslarda qiyabi təhsil forması ləğv olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetində 2024/2025-ci tədris ilində əsasən mühəndisliklə bağlı ixtisaslarda (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq.
Qeyd edək ki, Azərbaycanda 15-ə yaxın universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq.
Oxşar xəbərlər
Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri (SİYAHI)
2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə ixtisaslar üzrə müsabiqə şərtləri məlum olub.Müsabiqə şərtlərini təqdim edirik:I ixtisas qru...