Gəncədə kommunal texnika yığılacaq: Saziş imzalandı - FOTO
Aprelin 7-də Belarusun paytaxtı Minskdə Gəncə Avtomobil Zavodunda MAZ şassisi bazasında 100 ədəd yeni kommunal texnika yığılması haqqında saziş imzalanıb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu saziş Belarus dövlət başçısının Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində imzalanıb.
Sənədi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev və MAZ ASC-nin baş direktoru Valeri İvankoviç imzalayıblar. Kommunal texnika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə yığılır.
Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodu arasında əməkdaşlıq Azərbaycan və Belarus arasında dövlət başçıları İlham Əliyev və Aleksandr Lukaşenko tərəfindən əsası qoyulmuş ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə yönəlib.
2 mart 2026-cı il tarixində Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodunun yeni əməkdaşlığı çərçivəsində istehsal olunmuş yeni kommunal texnika Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. Dövlət başçısı tərəfindən verilmiş yüksək qiymət müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinə və yeni müqavilənin bağlanmasına stimul olub.
"Bu gün imzalanan sənəd Azərbaycan və Belarus prezidentləri tərəfindən bizə göstərilən yüksək etimadın təsdiqidir. İstehsal etdiyimiz kommunal texnikanın mart ayında ən yüksək səviyyədə bəyənilməsi yeni - 100 ədəd texnika üzrə müqavilənin icrası zamanı da riayət etməyi planlaşdırdığımız yüksək meyar müəyyən edib.
Belarus istehsalçıları ilə əməkdaşlığımız uğurla və səmərəli şəkildə inkişaf edir. Bu əməkdaşlıq müasir keyfiyyət standartlarına və bazar tələblərinə cavab verən məhsulların istehsalına imkan yaradır", - deyə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev vurğulayıb.
Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsində istehsal olunan kommunal texnika Gəncədə hazırlanmış və yığılmış müasir avadanlıqlarla təchiz edilir. Bu texnika respublikanın bütün ərazisində şəhər infrastrukturuna xidmət göstərmək üçün nəzərdə tutulur. Bu layihə ölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.
Qalereya
Oxşar xəbərlər
Opera və Balet Teatrı Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə qonorarla işləyə bilər
Akademik Opera və Balet Teatrı Xalq artistləri Yalçın Adıgözəlov və Əvəz Abdulla ilə mülki-hüquqi müqavilə çərçivəsində, yəni konkret çıxışlar üzrə qonorar prin...