"Gənc diplomatlar" COP29-un uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Gənc diplomatlar" (Jóvenes Diplomaticos) Beynəlxalq Təşkilatı Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla keçirməsi münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə təşkilatın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Təşkilat Azərbaycanı və COP29-un təşkilatçılarını konfrans çərçivəsində əldə edilən real nailiyyətlərə, uğurlu danışıqlara və razılaşmalara görə təbrik edir. "Gənc diplomatlar" Azərbaycanın iqlim dəyişikliyi üzrə qlobal gündəliyə verdiyi dəyərli töhfə ilə qürur duyur", - paylaşımda qeyd olunub.
(1) La Organización@JDiplomaticos felicita al Gobierno de #Azerbaijan y a los Organizadores de la @COP29_AZ 🇦🇿 por la organización de la Cumbre Mundial de Cambio Climático y los avances reales, negociaciones y acuerdos en la agenda climática global durante la @COP29_AZ 🇦🇿. pic.twitter.com/S2WecymnOy
— jóvenes diplomaticos (@JDiplomaticos) November 25, 2024
Oxşar xəbərlər
Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik
"Bakı-Tbilisi-Bakı sərnişin qatarının açılması olduqca vacib məsələ idi. Çünki, Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik". BAKU.WS "Report"...