Gələn ilin büdcəsində AzTv və İTV-yə nəzərdə tutulan vəsait açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təmin olunması məqsədilə nəzərdə tutulan vəsait açıqlanıb.
BAKU.WS “report”a istinadla xəbər verir ki, bu, 2021-ci il dövlət büdcəsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2021-ci ilin dövlət büdcəsində üst-üstə 56 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 12,7 faiz çoxdur.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...