Gələn ay ardıcıl 6 gün evdəyik - TARİX
Məlum olduğu kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərarla noyabrda qeyri-iş günlərinin sayı artırılıb.
BAKU.WS xəbər verir ki, 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün həftənin bazar ertəsi - 11 noyabr da qeyri-iş günü olacaq.
Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar noyabrda 6 gün ardıcıl - 8, 9, 10, 11, 12, 13 qeyri-iş günləri olacaq.
Oxşar xəbərlər
Bu gün 23 minə yaxın namizəd magistraturaya imtahan verəcək
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) baş tutacaq, imtahanda iştirak etmək üçün 22 min 780 bakalavr ərizə təqdim edib. BA...