Gədəbəydə güclü ildırım xəstəxananı işıqsız qoyub
Gədəbəy rayon Mərkəzi Xəstəxanasında və ətraf küçələrdə elektrik enerjisində yaranmış problem hələ də həllini tapmayıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, transformatorda olan problem hələ də həll olunmayıb və dünən günün ikinci yarısından bu saata qədər xəstəxanada elektrik enerjisi yoxdur.
Sakinlər bildirib ki, xəstəxananın işıqlandırılması üçün generator quraşdırılmasına çalışılsa da, texniki nasazlıq səbəbindən bu da mümkün olmayıb.
Xatırladaq ki, Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, rayon Mərkəzi Xəstəxanasında və yaxın küçələrdə elektrik enerjisi kəsilib.
Oxşar xəbərlər
Elektrik qatarlarında tez-tez qeydə alınan texniki nasazlıqlar nə ilə əlaqədardır? - AÇIQLAMA + FOTO
Son vaxtlar elektrik qatarlarında texniki nasazlıq səbəbindən gecikmələrlə bağlı məlumatlar artıb. Sərnişinlər bu problem səbəbindən səhər saatlarında daha çox...