Gecə yuxusuzluğunun beyinə təsiri – alimlər xəbərdarlıq edir

Alimlər gecə yuxusuzluğunun təkcə yorğunluq deyil, beyində ciddi struktur və funksional dəyişikliklərə səbəb ola biləcəyini bildirir. Son araşdırmalara görə, davamlı yuxusuzluq beyindəki neyron əlaqələrin zəifləməsinə, yaddaş və diqqət pozğunluqlarına yol açır.
BAKU.WS xəbər verir ki, ABŞ-nin Pensilvaniya Universitetinin yuxu laboratoriyasında aparılan araşdırmalarda məlum olub ki, bir neçə gecə yuxusuz qalan insanlarda bilişsel qabiliyyətlərdə nəzərəçarpacaq azalma müşahidə olunur. Hətta bir gecəlik yuxusuzluq belə beyin fəaliyyətində müvəqqəti "donmalar" yarada bilər.
Nevroloqlar bildirir ki, yuxu zamanı beyin gün ərzində yığılmış informasiyanı emal edir, zərərli tullantıları isə neytrallaşdırır. Yuxusuzluq bu təmizləmə prosesini pozur, nəticədə Altsheymer və digər neyrodegenerativ xəstəliklərə zəmin yaranır.
Həkimlər gecə minimum 7–8 saat keyfiyyətli yuxunu beynin sağlam fəaliyyəti üçün vacib hesab edir. Xüsusilə gec saatlarda mobil telefon və ekran qarşısında qalmaq yuxu hormonlarının ifrazını azaldır və yuxuya getməyi çətinləşdirir.
Oxşar xəbərlər
Dəmirçi-Lahıc avtomobil yolu ÇÖKDÜ - Sürüşmə hər gün daha da ARTIR
Dəmirçi-Lahıc avtomobil yolunda çökmə baş verib. Yolun əsas hərəkət zolağı sürüşməyə məruz qalıb, iri yarğanlar yaranıb, asfalt qatı isə tamamilə sıradan çıxıb....
