Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edilib - VİDEO

Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edilib - VİDEO
Video
Sosial 50

Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edilib.

BAKU.WS "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilər kimi Füzuli rayonunda da yenidənqurma işləri davam etdirilir. Bu dəfə Füzulidə növbəti N saylı hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlər yekunlaşdırılıb.

Çəkilən 35/0,4 kV-luq elektrik xətti vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təchiz olunub. Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kV-luq yarımstansiyadan götürən xəttin uzunluğu 22,5 km-dir və izolyasiyalı naqillə çəkilib.

Qeyd edək ki, işlərin aparıldığı ərazilər əvvəlcə minalardan təmizlənib. Füzulidə tikiləcək obyektlərin, yaşayış məntəqələrinin də elektrik enerjisi ilə təchizatı üçün layihələndirmə aparılır. Görüləcək işlər innovativ yeniliklərin tətbiqi ilə müasir standartlara uyğun reallaşdırılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər