Fuad Hüseynəliyev: Azərbaycan mətbuatı özünü 44 günlük Vətən müharibəsi zamanı təsdiqlədi

Azərbaycan mətbuatı özünü 44 günlük Vətən müharibəsi zamanı təsdiqlədi.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025" çərçivəsində jurnalistlərə açıqlamasında "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.
O bildirib ki, Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə əlaqədar tədbirlərə Naxçıvanda start verildi: "Tədbir olduqca yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə Naxçıvan səlahiyyətli nümayəndəliyinə və "Şərq qapısı" qəzetinə öz təşəkkürümü bildirirəm. Digər tərəfdən Naxçıvan hər zaman Azərbaycan mətbuatında, ədəbiyyatında xüsusi bir rol oynayıb. Tədbirlərin də sırf Naxçıvanda başlaması rəmzi məna daşıyır".
F.Hüseynəliyev bildirib ki, tədbirin ümumiyyətlə gedişatı və keçirilməsi doğurdan da yüksək səviyyədə idi:
"Aktual məsələlər barədə panel müzakirələr oldu. Azərbaycan mətbuatının keçdiyi yol və gələcəkdəki bizim qarşımızda duran hansısa məqsədlərimizə çatmaq üçün vasitələrdən danışıldı. Düşünürəm ki, növbəti illərdə Azərbaycan mətbuatının daha da inkişaf etməsi üçün yeni texniki vasitələr, çağırışlar var.
Azərbaycan mətbuatı özünü 44 günlük Vətən müharibəsi zamanı təsdiqlədi. Mətbuatın fəaliyyəti göstərdi ki, biz istənilən düşmənlə mübarizə apararaq qalib çıxa bilərik".
Oxşar xəbərlər
"Azercell"in müzakirələrə səbəb olan dəyişikliyi - Əslində nə baş verir?
"Müşahidələr göstərir ki, "Azercell" operatoru tərəfindən heç bir qiymət artımı baş verməyib. Sadəcə olaraq, yeni dəyişikliklərə əsasən, 1 manata 1 gün, 5 manat...
