Fransada yenidən karantin rejimi tətbiq oluna bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada səlahiyyətli şəxslər yeni növ koronavirus infeksiyasına qarşı mübarizə üçün ölkədə ikinci dəfə karantin tətbiq edilməsini istisna etmirlər.
“Report”un məlumatına görə, bu barədə “ Le Journal du Dimanche” nəşri Səhiyyə naziri Olivye Verana istinadən xəbər verir. O, belə bir qərarın əhalinin pandemiyadan qorunması üçün veriləcəyini qeyd edib.
“Səhiyyə Nazirliyi vəziyyətin inkişafını hər saat izləyir. Səhiyyə sistemi ağır yük daşımaqda davam edir. Çünki gün ərzində 15 min nəfərin infeksiyaya yoluxması təsdiq edilib. Baxmayaraq ki bu rəqəmin 11 min nəfərə endirilməsi planlaşdırılırdı”.
Oxşar xəbərlər
COVID-19-un qurbanı olan ölkələr - Yoluxanlar və Ölənlər
Dünyada koronavirusa yoluxanların sayı artaraq 68,5 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemi...