"Formula 1"lə bağlı Bakının əsas yollarından biri BAĞLANIR - Bu gecə saat…
24
avq
2024
11:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət "Formula 1" Azərbaycan Qran-Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
Bakı sakinlərinə xəbərdarlıq - 15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək…
Bakıda keçiriləcək 2024-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir. Avqust ayının 13-ü saat 23...