"Formula 1" ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdi

Formula 1 ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdi
Sosial 112

"Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. "Bakı Metropoliteni" QSC yarış təşkilatçısı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.

BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq. Şənbə və bazar günlərinə keçən gecələr metropolitenin bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

Oxşar xəbərlər

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...

86 Sosial 17:58 19 sentyabr 2024

Son xəbərlər