Firəngiz Mütəllimova Ramiz Məlik haqqında: "Gözəl səsini, şux yerişini heç vaxt unutmayacağam" - FOTO

14
dek
2023
14:29
Xalq artisti Firəngiz Mütəllimova vəfat edən həmkarı, Xalq artisti Ramiz Məliklə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında Ramiz Məlikin fotosunu paylaşaraq aktyorun vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib:
"Allah təhmət etsin. Şirin gülüşünü, gözəl səsini, şux yerişini, mehriban davranışını heç vaxt unutmayacağam".
Xatırladaq ki, uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan Xalq artisti Ramiz Məlik bu gün səhər saatlarında 80 yaşında dünyasını dəyişib.

Oxşar xəbərlər
Ramiz Məlik: “Məni narahat etməyə ehtiyac yoxdur”
Xalq artisti Ramiz Məlikin səhhəti yaxşılaşır. BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a tanınmış aktyorun özü məlumat verib. “Səhhətim yavaş-yavaş yaxşılaşır....