FHN: Vulkanın dənizdəki neft-qaz infrastrukturu və insan həyatı üçün təhlükəsi yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən təqribən 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur.
"Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur", - nazirlikdən bildirilib.
Oxşar xəbərlər
Xəzərdə partlayış baş verən yerdən görüntülər - VİDEO
Məlumat verildiyi kimi, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə...