FHN-in mobil tətbiqi istifadəyə verilib
Rəqəmsal xidmətlərin inkişafı, o cümlədən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Elektron xidmətlər sisteminin mobil tətbiqi istifadəyə verilib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, mobil tətbiq müvafiq xidmətlər üçün müraciət və cərimələrin qeydiyyatının avtomatlaşdırılmasını təmin edir. Bu sistem vasitəsilə vətəndaşlar tətbiqə daxil olaraq qeydiyyatdan keçib Nazirliyin təqdim etdiyi xidmətlərdən rahat şəkildə yararlana bilərlər.
Tətbiq müraciətlərin elektron formada göndərilməsi, icra statusunun izlənilməsi, bildirişlərin əldə olunması, müvafiq ödənişlərin edilməsi və digər funksiyaları özündə birləşdirir.
Oxşar xəbərlər
I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 17 şəhid dəfn olunacaq. BAKU.WS xəbər verir ki, bu barədə Əsir və...