FHN-in komandası dünya çempionatında 3-cü yerə layiq görülüb - FOTO - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 5-11-də Çin Xalq Respublikasının Harbin şəhərində Yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatı keçirilib.
FHN-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, yarışda ölkəmizi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin komandası təmsil edib:
"Çempionatda iştirak edən komandamız böyük uğura imza atıb.
Belə ki, döyüş açılışı üzrə əzmkar mübarizə aparan əməkdaşlarımız 30.78 saniyə ərzində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirməklə 3-cü yerə layiq görülüb və bürünc medalların sahibi olub.
Komandamıza çempionatın kubok, medal və hədiyyələri təqdim edilib".
Qalereya
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...