FHN-in əməkdaşı: “Minatəmizləyən robotlar bir saata 1500 kvadratmetr ərazini təmizləyir”
Yeniliklərdən dərhal xəbərdar olun
“GCS (Global Clearance Solutions) - 200” markalı, kənardan idarəedilən və müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının Mühəndis Xidmət rəisinin köməkçisi Atabəy Şükürlü Ağdamda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, kənardan pultla idarə olunan aqreqat iki çalovdan ibarətdir.A.Şükürlü həmçinin əlavə edib ki, ərazidə partlayış baş verdiyi anda robot dayandırılır və zədənin yarandığı hissə bərpa edilir, ardınca isə robot öz işinə davam edir:
“Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı yalnız robotun qarşısındakı çalov zədələnə bilər, digər hissələr heç bir zədə görmür”.
Oxşar xəbərlər
FHN-nin yaradılmasının 17-ci ildönümü münasibətilə təntənəli iclas keçirilib - FOTO
16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazi...