FHN-in amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə aparır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Əməliyyat çərçivəsində təyyarə İzmir-Berqama istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...