Fevralın ilk gününün hava proqnozu

Fevralın ilk gününün hava proqnozu
Sosial 131

Bakıda və Abşeron yarımadasında fevralın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yanvar ayına olan hava proqnozu - Bakıya qar yağacaqmı?

Yanvar ayına olan hava proqnozu - Bakıya qar yağacaqmı?

2023-cü il yanvar ayına olan hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata...

2445 Sosial 12:04 30 dekabr 2022

Son xəbərlər