Fazil Mustafa "Neftçilər" xəstəxanası haqqında: "Bir neftçi tapıb baş həkim təyin etsinlər"

Fazil Mustafa Neftçilər xəstəxanası haqqında: Bir neftçi tapıb baş həkim təyin etsinlər
Sosial 904
"Bir neçə aydan bir xəbər yayılır ki, bəs "Neftçilər" xəstəxanasının baş həkimi vəzifəsindən getdi. Bu minvalla xəstəxanada baş həkim postunda kimsə bir ildən artıq duruş gətirə bilmir. Bu dəfə bəlkə xəstəxananın adına uyğun bir neftçi tapıb baş həkim təyin etsinlər, məsələ yekunlaşsın". BAKU.WS xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. Deputat bildirir ki, dünyanın işini bilmək olmaz, bəlkə xəstəxananın zirzəmisindən neft də tapdı, özünümaliyyələşdirmə problemi də tam həllini tapar:"Vaxtilə Sovet dövründə bölgələrin birinin kommunist şefi hava limanına öz həkim xalaoğlusunu rəis təyin edir. Bu xəbəri eşidən tanınmış müharibə veteranlarından biri dərhal gəlir birinci katibin qəbuluna və tələb edir ki, onu şəhər xəstəxanasına baş həkim qoysunlar. Katib soruşur ki, ixtisasın nədir, adam; müharibədə təyyarəçi olduğunu və Aviasiya məktəbini bitirdiyini söyləyir. Katib təəccübünü gizlətmir, deyir, ay ağsaqqal sən təyyarəçi kimi necə gedib xəstəxananın baş həkimi işləyə bilərsən? Ağsaqqalın cavabı çox məntiqli olur: Yoldaş katib, sənin xalaoğlun həkim kimi təyyarələri necə yola verəcəksə, mən də təyyarəçi kimi xəstələri o cür yola verəcəyəm.Önümüzdəki ildən icbari tibbi sığorta tətbiq olunacaq. Adam az qalır inansın ki, hər gün xəstəxanaların qarşısında qalaq-qalaq toplanmış çarəsiz, imkansız vətəndaşları yola vermək mümkün olacaq".
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas keçirildi, həkim işdən çıxarıldı

Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas keçirildi, həkim işdən çıxarıldı

Göyçay rayon Mərkəzi Xəstəxanası Tibbi Şurasının növbədənkənar iclası keçirilib.Bu barədə Trend-ə açıqlamasında Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi E...

1236 Hadisə 16:40 20 fevral 2019

Son xəbərlər