Falçı qadının evindən çıxanlar polisləri ŞOK ETDİ! - 46 milyon dollarlıq dələduzluğa görə saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyada falçı olduğunu iddia edən qadın və onun qızı 46 milyon dollarlıq maliyyə dələduzluğu ittihamı ilə həbs olunub.
BAKU.WS xəbər verir ki, "ABC News"un məlumatına görə, 53 yaşlı Anya Fan və 25 yaşlı qızı ölkənin ən böyük maliyyə cinayətkar qruplarından birinin üzvü olmaqda şübhəli bilinir.
Sidneydə keçirilən əməliyyat zamanı polis onların evində maliyyə sənədləri, mobil telefonlar, lüks çantalar, 4 min dollardan çox dəyərində kazino fişləri və təxminən 6 min dollar dəyərində 40 qramlıq qızıl külçə aşkarlayıb.
İstintaqa görə, Fan müştərilərinə gələcəkdə "milyarder" olacaqlarını vəd edərək kredit götürməyə inandırıb, daha sonra həmin pulların bir hissəsini mənimsəyib.
Avstraliya Yeni Cənubi Uels Cinayət Komissiyası məsələ ilə bağlı 10 milyon dollarlıq əlavə aktivlərin dondurulduğunu açıqlayıb.
Polis həmçinin bildirib ki, saxlanılanlar avtomobil maliyyə şirkətlərini hədəf alan cinayətkar şəbəkə ilə əlaqəlidir. Həmin qrup oğurlanmış şəxsi məlumatlardan istifadə edərək saxta kreditlər götürüb və mövcud olmayan lüks avtomobillərin alışı üçün sənədlər təqdim edib.
Əməliyyat çərçivəsində daha əvvəl 17 nəfər saxlanılıb, 40 milyon dollarlıq əmlak isə dondurulub.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...