Evlərini tərk edən koronaviruslu xəstələr polis tərəfindən saxlanıldı - FOTO

Evlərini tərk edən koronaviruslu xəstələr polis tərəfindən saxlanıldı - FOTO
Sosial 244

Şabran rayonunda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin – rayon sakinləri B.Aslanov və Z.Cavadovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər.

Həmin şəxslərin törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.

Evlərini tərk edən koronaviruslu xəstələr polis tərəfindən saxlanıldı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər