Evimiz mağazasında yeni "Jungle 2018" kolleksiyasının təqdimatı keçiriləcək

15
mar
2018
15:59
Evimiz sizi 16 Mart saat 17:00-da yeni "Jungle 2018" kolleksiyasının təqdimatına dəvət edir. Fərqli və rəngarəng malları ilə seçilən Evimiz mağazası Azərbaycanda ilk dəfə "Jungle 2018" kolleksiyasını nümayiş edəcək.DJ-lərin və məşhur simaların iştirakı ilə baş tutacaq musiqili tədbirdə yeni kolleksiyanı modellər nümayiş edəcək. Xatırladaq ki ölkədə ilk dəfə təqdim olunacaq kolleksiyaya yumşaq və bağ mebelləri, dekor əşyaları, mətbəx ləvazimatları, işıqlandırma və s. aiddir.Uşaqlarınızın da əyləncəli vaxt keçirməsi üçün mağazada yerləşən xüsusi oyun zalından əlavə tədbirdə canlı heyvanlarla şou göstəriləcək. Mağazada hər bir ailəyə uyğun ev əşyaları, avadanlıqlar və hədiyyələr var. Odur ki ailə üzvlərinizlə birlikdə buyurub tədbirdə iştirak edərək məhsullarla tanış olmaqla birlikdə xoş anlar keçirə bilərsiniz. 16 Mart 17:00-da Evimiz mağazası sizi rəngarəng və unudulmaz anlar yaşamağa dəvət edir! İştirak pulsuzdur. Ünvan: Bakı ş. Xətai rayonu F. Bayramov. küç. 28Bakı Əyləncə Mərkəzinin yanıTel: +994 12 490 22 25Evimizstore.azFacebook: Evimizİnstagram: __evimiz__



















Oxşar xəbərlər
Leyla Əliyeva uşaqlarla birlikdə - FOTO
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib. BAKU.WS-in məlumatına görə, Fondun vitse-prezidenti Leyla Əliye...