Ətin bişirilmə temperaturu virus və bakteriyaların məhv olmasını təmin edir - AQTA-dan AÇIQLAMA

Ətin bişirilmə temperaturu virus və bakteriyaların məhv olmasını təmin edir - AQTA-dan AÇIQLAMA
Sosial 295

Ölkəmizdə heyvan kəsimi məntəqələri baytar nəzarəti altında fəaliyyətlərini davam etdirirlər.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) BAKU.WS-ə verilən məlumata görə, heyvan kəsimindən əldə olunan ət və ət məhsullarının insan istehlakı üçün təqdim olunması prosesi dövlət baytarlıq nəzarəti ilə həyata keçirilir.

Belə ki, kəsimə cəlb olunan iri və ya xırdabuynuzlu heyvanlar baytarlıq mütəxəssisi tərəfindən kliniki baxışdan keçirilərək termometriya olunur və onların kəsimi barədə qərar verilir.

"Kəsimdən sonra heyvan cəmdəyi və daxili orqanların baytarlıq-sanitariya ekspertizası həyata keçirilməklə ekspertiza aktı tərtib olunur. İstehlak üçün təhlükəsiz olan ət və ət məhsullarının realizasiyası üçün müvafiq müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi) təqdim edilir. Bir qayda olaraq insan sağlamlığı ilə bağlı risklər mövcud olan heç bir halda ət məhsullarının dövriyyəsinə yol verilmir", - məlumatda deyilir.

Məlumatda, həmçinin qeyd olunub ki, insanlar tərəfindən ətin çiy və ya yarımbişmiş halda istehlak olunması yolverilməzdir: "Ətin bişirilmə temperaturu virus və bakteriyamənşəli infeksiyaların məhv olmasını təmin etdiyindən, yaxşı bişirilmiş ət və ət məhsullarının istehlak edilməsi insan sağlamlığı üçün təhlükəsiz hesab olunur".

Oxşar xəbərlər

Son xəbərlər