Əsirlikdən xilas edilən Şərif Əliyevin anası: “Bir aydan artıq oğlumdan xəbər çıxmadı”
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir aydan sonra sonra xəbər gəldi ki, övladınız əsir düşüb”.
Bunu BAKU.WS-in bölgə müxbirinə əsirlikdən xilas edilərək vətənə gətirilən Şəmkir rayon sakini 25 yaşlı Şərif Əliyevin anası Sədaqət Əliyeva bildirib.
Onun sözlərinə görə, dünən axşam övladı onlara zəng edib:
“Axşam bizə zəng etdi. Dedi ki, “Anam salamatam, yaxşıyam, Məndən nigaran olmayın, artıq Azərbaycandayam. Yaxın günlərdə evə dönəcəyəm”. Bu gün sevincimin həddi yoxdur. Məni övladıma qovuşduran Ali Baş Komandana öz təşəkkürümü bildirirəm. Şükürlər olsun oğlum vətənə gəldi”.
Məlumat üçün qeyd edək ki, hərbiçimiz Şərif Əliyev Füzuli rayonunda düşmənə əsir düşmüşdü.
Qalereya
Oxşar xəbərlər
"Dedim: "Ana, mən geyəm, oğlanlardan xoşum gəlir" - Azərbaycanda gey və lezbilər necə yaşayır?
"Təxminən on il bundan əvvəlki müddət ilə müqayisədə LGBT icması özünü daha rahat ifadə edə bilir. Bu, həm geyim, həm həyat tərzi, həm də peşə seçimində görünür...