Ermənilər təşvişdə: İsrail Bakıya iki yeni döyüş sistemi gətirir - FOTO

Ermənilər təşvişdə: İsrail Bakıya iki yeni döyüş sistemi gətirir - FOTO
Sosial 2968
 

İsrailin hərbi sənaye şirkəti "Aeronautics” LTD sentyabrın 27-də Bakıda başlayacaq ADEX-2016 müdafiə sərgisində ilk dəfə döyüş başlığı daşıyan iki yeni taktiki pilotsuz uçan aparatı təqdim edəcək.

Virtualaz.org İsrailin "The Jewish Business Times” nəşrinə istinadən xəbər verir ki, bunlar "Orbiter 4” taktiki pilotsuz uçan aparatı və "Orbiter 1K” mini pilotsuz aparatıdır.

"Aeronautics” LTD quruda, havada və dənizdə hərəkət edə bilən pilotsuz sistemlərin istehsalı ilə məşğuldur. Şirkətin istehsal etdiyi ən yeni pilotsuz aparatlardan olan "Orbiter 4 STUAS” çoxməqsədli və dünyanın ən qabaqcıl pilotsuz döyüş sistemidir. Eyni vaxtda iki fərqli faydalı yük, yəni hədəfi məhv etmək üçün nəzərdə tutulan döyüş başlıqları daşıya bilir.

Aparat 24 saatdan çox fasiləsiz havada qala bilir, maksimal uçuş kütləvi cəmi 50 kiloqramdır və 18 min fut ( 6 min metrdən çox) maksimal yüksəkliyə qalxır.

"Orbiter 4”lə yanaşı şirkət ADEX-2016 sərgisində "Orbiter 1K” mini pilotsuz sistemini də yerüstü nəqliyyat vasitəsində quraşdırılmış idaretmə sistemi ilə birlikdə təqdim edəcək. "Orbiter 1K” hərəkətsiz və ya hərəkətdə olan hədəfləri aşkar edib məhv etmək qabiliyyətinə malikdir.

Sistem habelə əvvəlcədən təyin edilmiş sahə bazasında avtonom rejimdə işləyə bilir. "Orbiter 1K” bazadan müstəqil şəkildə təyin olunmuş ərazinin videoçəkilşlərini aparır, hədəfi aşkar edir və stasionar, yaxud hərəkətdə olan hədəfi müstəqil şəkildə məhv edir. Əgər hədəf aşkar edilməsə və ya planda hansısa dəyişikliklər baş versə sistem bazaya qayıdır və paraşütünü, təhlükəsizlik yastığını özü açaraq yerə enir. "Orbiter 1K” 2-3 saat fasiləsiz havada qala bilir və sutkanın istənilən vaxtında döyüş vəzifəsini icra edir. Aparat kompaktdır və asan idarə olunur. Müasir avionikaya malik olması, kiçik fiziki ölçüləri onu məxfi əməliyyatlarda, sərhədlərin təhlükəsizliyində ətbiq etməyə imkan verir.

"Aeronautics” LTD şirkəti həmin sistemlərin birgə istehsalı üçün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə işləyir. Şirkətin aeronavtika üzrə baş direktoru Amos Mathan bildirib: "Biz Azərbaycanın artan müdafiə bazarında böyük imkanlar görürük və məmuniyyətlə yerli Müdafiə Sənayesi Nazirliyi ilə sıx əlaqələr saxlayırıq”.

Xatırladaq ki, Azərbaycanın İsraildən aldığı "Harop” pilotsuz döyüş sistemləri bu ilin aprelində gedən döyüşlərdə ilk dəfə tətbiq olunub və düşmənin bir sıra hədəflərini yüksək dəqiqliklə məhv edib. Bu pilotsuz döyüş sisteminin tətbiqi ermənilər arasında böyük panikaya səbəb olmuşdu. İndi İsrail şirkəti bundan daha mükəmməl iki pilotsuz döyüş sistemini Bakıya gətirir və belə görünür ki, Qarabağdakı işğalçı erməni əsgərlərinin daha çox qorxmasına əsaslar var...

BAKU.WS

Oxşar xəbərlər

Ermənistan TƏŞVİŞDƏ: İsrail rədd cavabı verdi

Ermənistan TƏŞVİŞDƏ: İsrail rədd cavabı verdi

Azərbaycan Silahlı Qüvvələrinin arsenalında mövcud olan müasir pilotsuz uçan aparatların qarşısının alınması ilə bağlı Ermənistan Müdafiə Nazirliyində xüsusi ko...

3210 Hadisə 18:32 03 may 2016

Son xəbərlər