Ərdoğan və həyat yoldaşı koronavirusa yoluxdular - FOTO
05
fev
2022
16:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus testinin cavabının müsbət çıxdığını açıqlayıb.
“Bu gün yüngül simptomlara görə həyat yoldaşımla verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb”, - deyə o bildirib.
Dövlət başçısı koronavirusun “Omikron” ştammına yoluxduqlarını qeyd edərək, xəstəliyi yüngül keçirdiklərini vurğulayıb.
“Vəzifəmizin başındayıq, işimizə evdən davam edəcəyik. Dualarınızı gözləyirik”, - deyə Türkiyə prezidenti müraciətində bildirib.
Oxşar xəbərlər
“Omikron” xaricdən sifariş edilən bağlamalarla yayılır?
Çin hökuməti yerli sakinlərə koronavirusun “Omikron” ştammının yayılması risklərini azaltmaq üçün xaricdən məhsul sifariş etməyi dayandırmağı tövsiyə edib. BAKU...