Ənənəvi tədrisin bərpası ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdirindən açıqlama - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslər bərpa olunub.
Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla dərslər ənənəvi formada bərpa edilib.
Bununla bağlı BAKU.TV-yə açıqlama verən Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, Bakı şəhərində 199 mindən artıq şagird V-IX sinifdə təhsil alır:
“Bu siniflər üçün 25 mindən artıq müəllim dərs deyir. Bu, o deməkdir ki, ibtidai siniflərlə birlikdə təxminən 410 mindən çox şagird mərhələli şəkildə tədrisə cəlb olunub. Karantin rejiminə uyğun olaraq məktəblərdə tədris prosesi təşkil olunub. Bütün qaydalara əməl olunub”.
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...