Emin Əmrullayev Gəncədə "Son zəng" mərasimində iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
Elm və təhsil naziri Emin Əmrullayev Gəncədə "Son zəng" mərasiminə qatılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, nazir Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində "Son zəng" tədbirində iştirak edir.
Mərasimdə çıxış edən E.Əmrullayev məzunlar üçün yeni mərhələnin başladığını vurğulayıb:
"Bu gün artıq məktəbi bitirirsiniz, sizin üçün "Son zəng" çalınacaq. Bu ifadədə "son" sözü olsa da, əslində, keçirilən tədbir sizin üçün yeni həyatın başlanğıcı deməkdir, yeni mərhələyə qədəm qoyursunuz. Sizə yaxşı bir həyat yolu seçməyi, təhsil alaraq Vətənə layiqli vətəndaş olmağınızı arzulayıram".
Qalereya
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...