Əməkdar jurnalistə vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub.
BAKU.WS Oxu.Az-a sitinadən xəbər verir ki, jurnalist Sara Əzimova qurumun publik hüquqi şəxsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
S.Əzimova bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, aprelin 17-də Sara Əzimova öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə "Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, Sara Əzimova 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
2025-ci ildə isə o, "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülüb.
Sara Əzimova Naxçıvan Muxtar Respublikasında Mətbuat Şurası İdarə Heyətinin və Televiziya və Radio Şurasının üzvü olub.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...