Elnur Əliyev: "4 günlük iş rejiminə keçid araşdırmalı mövzudur"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bəzi Avropa ölkələri 4 günlük iş rejiminə keçib, lakin bu, araşdırmalı mövzudur".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində deyib.
"4 günlük iş rejiminin tətbiqi ilə bağlı səslənən və real niyyət fərqlidir. Səslənən niyyət insanların asudə vaxtının çox olmasıdırsa, real və alt niyyət sahibkarların maliyyə vəsaitlərinə qənaət etməsidir. Yəni, bu məsələ ikitərəflidir. Bəzi ölkələr bunu pilot layihə olaraq həyata keçirir. 4 günlük iş rejimi araşdırmalıdır. Bu məsələni təkcə İqtisadiyyat Nazirliyi həll edə bilməz. Üstəlik, bu məsələ ölkədən ölkəyə fərqlənə bilər", - deyə o, qeyd edib.
Oxşar xəbərlər
Sahil Babayev: "Məşğul əhalinin içərisində əmək müqaviləsi ilə çalışanların sayı azdır"
"Son 4 ildə 450 min əmək müqaviləsinin artımına baxmayaraq məşğul əhalinin içərisində əmək müqaviləsi ilə çalışanların sayı azdır. Hədəf bir bu qədər də əmək mü...