Elmar Məmmədyarov: "Nazir olanda 24 saat işləyirdim" - FOTO

Elmar Məmmədyarov: Nazir olanda 24 saat işləyirdim - FOTO
Sosial 678

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, işlədiyi illərdə ağır iş qrafiki olduğunu deyən 61 yaşlı Məmmədyarov hazırda istirahət etdiyini və evdə idmanla məşğul olduğunu bildirib:

"Xarici işlər naziri olanda gərgin iş qrafiki ilə çalışırdım. İndi daha rahat qrafikdir. Amma deyə bilərəm ki, doğrudan da, həftənin 7 gününün 24 saatı işləyirdim. Çox məsuliyyətli iş idi. İndi isə öz-özümə işləyirəm. Evdə idmanla məşğul oluram. Bildiyiniz kimi, internet dövrüdür. Ya planşet, ya da kompüterlə xəbərləri, gündəlik baş verən hadisələri izləyirəm".

Qeyd edək ki, Elmar Məmmədyarov Azərbaycanın 6-cı xarici işlər naziridir. O, 2004-2020-ci illərdə ölkənin xarici işlər naziri vəzifəsini icra edib.

Elmar Məmmədyarov:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər