Əlibaba Məmmədovun qəbirüstü abidəsinin eskizi geri qaytarılıb, yenisi hazırlanır
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il fevralın 25-də vəfat edən görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi hələ də qoyulmayıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə əlaqədar sənətkarın qızı Rəqsanə Məmmədli apa-ya bildirib ki, qəbirüstü abidənin təqdim edilən eskizi ilə razı olmayıblar.
“Biz eskizi bəyənmədik. Onu hazırlayan adam indi ikinci eskiz üzərində işləyir”, - muğam ustadının qızı deyib.
Rəqsanə Məmmədli əvvəlki eskiz layihəsində müəyyən səhvlərin olduğunu diqqətə çatdırıb:
“Atamın adını SSRİ Xalq artisti kimi yazmışdılar”.
O, yeni eskiz layihəsi üzərində işin nə zaman yekunlaşacağını bilmədiyini vurğulayıb: “Hazır olsun, təqdim etsinlər, yenə bir əskiklik olmasa, işə başlayacaqlar”.
Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 2022-ci ilin 25 fevralında vəfat edib. O, ölkə mədəniyyətinə xidmətlərinə görə, “Şöhrət”, “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb.
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehrib...