Eldar Əzizov: "Paytaxtımız vəzifəsinin öhdəsindən layiqincə gələcək"

Eldar Əzizov: Paytaxtımız vəzifəsinin öhdəsindən layiqincə gələcək
Sosial 92

"Görülən yüksəksəviyyəli işlərin nəticəsidir ki, Bakı "Dünya İdman Paytaxtı" elan olunub".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakının "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib.

O, bildirib ki, Bakı bu vəzifənin öhdəsindən layiqincə gələcək:

"Bu böyük idman hadisəsi bizi çox sevindirir. Ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində idmanımız daim inkişafdadır. Görülən yüksəksəviyyəli işlərin bariz nümunəsi olaraq Bakı "Dünya İdman Paytaxtı" elan olundu".

Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Son xəbərlər