Ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib – FOTO

Ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib – FOTO
Sosial 1516
Bakı Nəqliyyat Agentliyinin Hava limanı - “28 may” ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib.BAKU.WS xəbər verir ki, yeni tərtibat daha cəlbedici və maraqlı olması ilə fərqlənir. Avtobusların üzərində paytaxtdakı tarixi və müasir memarlıq nümunələrinin fotoları əks olunub.
Ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib – FOTO
Yeni tərtibatı fərqli edən digər bir məqam isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu rəsm əsərlərinin bəzilərinin fotolarının təqdim olunmasıdır.Avtobusun tərtibatı ilə yanaşı, “Aeroport Expres” xidmətinin loqosu da dəyişib.
Ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib – FOTO
Qeyd edək ki, ekspres xətti üzrə sərnişinlərə müasir standartlara cavab verən Almaniyanın “MAN” şirkətinin istehsalı olan “Neoplan” markalı avtobuslar xidmət göstərir.
Ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib – FOTO
Avtobusda oturacaqların sayı 48-dir və ayaqüstə sərnişin daşınması nəzərdə tutulmayıb. Hava limanı-28 may ekspres xətt avtobusları 30 dəqiqəlik intervalla 24 saat fəaliyyət göstərirlər.
Ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib – FOTO
Xətt üzrə avtobuslar aralıq dayanacaq olaraq yalnız metronun “Koroğlu” stansiyasının qarşısındakı dayanacaqda saxlayır.Avtobuslarda gediş haqqı 1.30 azndir. Ödəniş "BakıKart" vasitəsi ilə həyata keçirilir.Hava limanı ekspres xətti ilə bağlı ətraflı məlumatları aeroexpress.az saytından əldə etmək mümkündür.BAKU.WS
Ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib – FOTO
Ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib – FOTO
Ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib – FOTO
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər