Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Təhlükəli Tullantılar" MMC-nin direktoru Firuddin Əliyev vəzifəsindən azad edilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Çingiz Mehdiyevə həvalə olunub.
Xatırladaq ki, "Təhlükəli Tullantılar" 2004-ci ildə Sumqayıt şəhəri ərazisində civə ilə çirklənmiş torpaqların zərərsizləşdirilməsi məqsədi ilə yaradılıb.
Nizamnamə kapitalı 200 manat olan şirkət həm də ölkə ərazisində ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi və utilizasiyası ilə məşğuldur.
Oxşar xəbərlər
İlham Əliyevdən Bakı Bulvarının dəyişdirilməsilə bağlı YENİ QƏRAR
Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyası və müvafiq yenidənqurma (rekonstruksiya) proqramı hazırl...