Eldar Əzizovun oğluna nazirlikdə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifə verilən Şamil Əzizov tanınmış şəxsin övladı imiş.
BAKU.WS "Bakıvaxtı"na istinadən xəbər verir ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.
Şamil Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazirin müşaviri kimi fəaliyyət göstərəcək.
***14:44
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.
Report-un məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov gətirilib.
Qeyd edək ki, bununla nazirin müşavirlərinin sayı üçə çatıb.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...