Əhməd Əhmədovun xalası məhkəmədən hüquqi varis kimi tanınmasını istəyib - VİDEO

Əhməd Əhmədovun xalası məhkəmədən hüquqi varis kimi tanınmasını istəyib - VİDEO
Video
Sosial 218

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən qarışıqlıq yaranıb.

Əhməd Əhmədovun xalası, zərərçəkmiş Bikə Əhmədovanın bacısı Şəfaqət Bədəlova etiraz edib. O, prosesdə adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib.

Hakim məsələnin iş məhkəmə baxışına veriləndən sonra araşdırılacağını desə də, şahid etiraz edib.

Nəticədə qalmaqal yaranıb və şahid məhkəmə zalından çıxarılıb. Bundan sonra proses davam etdirilib.

Məhkəmənin baxış iclası iyulun 4-ü saat 12:20-yə təyin edilib.

Son xəbərlər