Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb - RƏY

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb - RƏY
Foto
Sosial 20

Əhalinin dogma yurdlarına qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, sakinlərin Kəlbəcərə qayıdışının təmin olunması mühüm əhəmiyyət kəsb edir:

"Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, orada yüksək səviyyəli infrastrukturun qurulması, təhlükəsizliyin və əhalinin qayıdışının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın işğaldan azad olunan digər əraziləri kimi Kəlbəcər də öz doğma sakinlərini qarşılayır. Bu həftə şəhərə ilk köç baş tutdu, həmçinin Prezident İlham Əliyev burada bir neçə yeni yaşayış kompleksinin təməlini qoydu. Kəlbəcərə artıq yeni həyat qayıdır, burada yeni inkişaf dövrü başlayır".

K.Nurullayeva Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşdə dünyaya növbəti dəfə sülh mesajı verdiyini vurğulayıb:

"Dövlət başçısı bir daha Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu bəyan etdi. Bununla belə, Prezident qanlı tarixin yaddaşımızdan heç vaxt silinməməsinin, şirin sözlərə aldanmamağın, daim ayıq-sayıq olmağın vacibliyini də diqqətə çatdırıb.

Bəli, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra daha da güclənib. Biz öz sərhədlərimizdə möhkəmlənmişik və istənilən təhdidin qarşısını almağa hazırıq. Dövlət başçısı da bir daha bəyan etdi ki, Azərbaycanın təhlükəsizliyinin qarantı biz özümüz - dövlət, xalq və Silahlı Qüvvələrimizdir".

Son xəbərlər