Əhalinin NƏZƏRİNƏ: İstilik xidmətinin dəyəri fərqli qaydada hesablanacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda istilik təchizatı sahəsində islahatlar aparılacaq. Bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Prosesə beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə islahatlar proqramı hazırlanacaq.
BAKU.WS xəbər verir ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev "Xəbər Ertəsi"nə deyib ki, görüləcək əsas işlərdən biri istilik və isti su təchizatının sayğaclaşdırılması ilə bağlıdır.
Rafiq Əliyev bildirib ki, xərclərin optimallaşdırılması üzrə də müvafiq tədbirlər nəzərdə tutulur: "Yəni vətəndaş müəyyən müddət ərzində mənzildə yaşamırsa və istilik təchizatı xidmətlərindən yararlana bilmirsə, borc yaranmaması üçün sözügedən quruma müraciət etməli olacaq".
Qurum rəsmisi həmçinin qeyd edib ki, yeni islahatlar proqramında vətəndaşların ötən illərdən qalan borclarının silinməsi məsələsi nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...