Əhalinin bir qismi güzəştli qaz limitindən istifadə etməkdən məhrum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabr ayının 1-nə olan göstəricilərə əsasən, 2 milyon 317 min 683 əhali abonentinin 15,62 faizi illik hər kubu 10 qəpikdən satılan 2 min 200 kubmetrlik güzəştli limit həddini keçib.
“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata əsasən, bu da say etibarı ilə 361 926 abonent deməkdir.
Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 faiz) qazdan güzəştli limit daxilində istifadə edib.
Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,9 faiz olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.
Qeyd edilib ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 faiz müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.
Oxşar xəbərlər
“Azəriqaz”dan əhaliyə verilən qazla bağlı AÇIQLAMA
“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin yanvar-iyul aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayı...