Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Yeni artımlar olacaq
24
mar
2025
09:13
Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə verilən 3 ay müddət başa çatır.
Bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlərdə də artımlar olacaq.
"Builki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq",-deyə deputat əlavə edib.
Oxşar xəbərlər
21 yaşında şəhadətə ucalan qəhrəman: "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam"
Oğuz rayonunun Xalxal kəndində dünyaya gələn Kənan Ağayev uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Kənan Ağayev antite...