Əfqanıstan vətəndaşı Bakıda sığınacağa yerləşdirildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Faisal Samiullah Əfqanıstan vətəndaşıdır, ölkəmizə işləməyə gəlib. Burada bir müddət işləyəndən sonra işini itirib. Son günlər də yaşayış yeri olmaması səbəbindən çətin həyat şəraitinə məruz qalmışdı. Bu barədə sosial mediada və onlayn resurslarda məlumat yayılmışdı".
BAKU.WS xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.
Onun sözlərinə görə, Agentliyin əməkdaşları tərəfindən F.Samiullah olduğu yerdən götürülərək, Agentliyin Həssas Əhali Qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə gətirilib:
"Burada Faisal ilk tibbi müayinədən keçdi və isti qida ilə təmin olundu. O, əvvəlcə müəssisənin karantin məqsədli bölməsində qalacaq. Həmin müddətdə tibbi müayinələrdən keçiriləcək. Karantin dövründə koronavirusa yoluxma aşkar edilmədikdə, Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə qəbul olunacaq.
Burada Faisalın gələcək həyatı üçün də ona müvafiq dəstəyin göstərilməsi üçün işlər aparılacaq. Ona daim dost münasibəti göstəriləcək".
Qalereya
Oxşar xəbərlər
İcbari Tibbi Sığorta üzrə QİYMƏTLƏR məlum oldu - 5 manat - SİYAHI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Məsumə Talıbova İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə edilən dəyişiklikləri şə...